Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib
/Aran agentliyi
Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib.
Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib.
"Yayımın bu il Eurovision-2012 mahnı müsaqibəsindən imtina etməklə bağlı qərarından həqiqətən məyus olduq,- deyə Avropa Yayım Birliyinin adından müsabiqənin icraçı supervayzeri Con Ola Sand bildirib.
"Avropa Yayım Birliyinin səyləri və yarışmanın ev sahibinin Ermənistan nümayəndə heyətinin bu müsabiqədə rahat iştirakına təminat verməsinə baxmayaraq bizim nəzarətimizdən kənar olan şərtlər onların qərarına mane ola bilmədi", deyə supervayzer əlavə edib.
Beləliklə, Azərbaycan, Bakıda keçiriləcək Eurovision-2012 müsabiqəsində elan edilmiş 43 ölkə əvəzinə 42 ölkə iştirak edəcək. Hər yarım finalda 18 ölkə təmsil olunacaq. Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq və müsabiqə keçiriləcək ölkə-Azərbaycan finala avtomatik olaraq qatılacaqlar.