Tarix : 2012 Mar 07
Kod 29087

Quba Rayon Polis Şöbəsinin rəis müavini işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Quba Rayon Polis İdarəsinin rəis müavini Azər Rzayev tutduğu vəzifədən azad edilib
/Aran agentliyi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Quba Rayon Polis İdarəsinin rəis müavini Azər Rzayev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə rayon polis şöbəsinin əməliyyatçısı Arzu Rzayev rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qubanın polis rəisinin müavininin həbs olunduğu bildirilir

2012-03-07 14:56

Dünən axşam saatlarında Quba şəhər polis idarəsinin rəis müavini Azər Rzayev həbs edilib.

"Paralel"in Quba bürosunun verdiyi xəbərə görə, Quba şəhər polis idarəsinin rəis müavini Azər Rzayev dünən axşam saatlarında gözlənilmədən həbs edilib. Onun Qubada baş vermiş üsyanda təşkilatçılıq etdiyi əsas göstərilir. Qeyd edək ki, Azər Rzayev Rauf Həbibovdan əvvəl Qubanın icra başçısı vəzifəsində çalışan şəxsin qardaşı olduğu deyilir.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Mar 07