Tarix : 2012 Mar 07
Kod 29089

''Azərbaycan və Naxçıvan İranın dostu olub və olacaq''

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri deyib: Azərbaycan Respublikası və Naxçıvan həmişə İranın dostu olub və bundan sonra da belə olacaq ...
/Aran agentliyi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri deyib: Azərbaycan Respublikası və Naxçıvan həmişə İranın dostu olub və bundan sonra da belə olacaq və heç kim bu dostluq və qardaşlığa zərbə vura bilməz.

İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin üçtərəfli iclasında iştirak etmək məqsədilə Naxçıvana səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşərək danışıqlar aparıb.

İranın xarici işlər naziri İran və Azərbaycan Respublikasının bir kök, mədəniyyət, din və tarixə aid olduğunu bəyan edərək Naxçıvan və İranın sərhəd vilayətlərinin əməkdaşlıq və münasibətlərindən razılığını bildirib.

İslam Şurası Məclisinin sədri Əli Laricaninin salamını çatdıran Əli Əkbər Salehi parlament əməkdaşlıqlarını önəmli adlandırıb və ümidvarlıq edib ki, parlament heyətlərinin qarşılıqlı gediş-gəlişinin artması anlaşmalarına artmasına zəmin yaradacaq.

İranın xarici işlər naziri ümidvarlıq edib ki, Naxçıvanda üçtərəfli toplantının keçirilməsi İran, Türkiyə və Azərbaycanın regional əməkdaşlığı üçün gözəl başlanğıcdır.

Görüşdə Vasif Talıbov da İran İslam Respublikasından gələn heyətə "xoş gəldiniz" deməklə yanaşı İslam Şurası Məclisi seçkilərinin uğurla keçirilməsi münasibəti ilə iranlıları təbrik edib.

Parlament dostluğu qrupunun Azərbaycan tərəfinin başçısı iki ölkənin parlament əməkdaşlığından razılığını bildirərək ümid edib ki, Salehinin Naxçıvana səfəri müsbət nəticələr və qarşılıqlı gediş-gəlişlərin artmasına səbəb olacaq.

Naxçıvanın iqtisadi, ictimai, mədəni və abadlıq vəziyyətini açıqlayan Talıbov Naxçıvanın müxtəlif ticarət, gömrük, nəqliyyat, sərnişin və yük tranziti, enerji, qaz və kənd təsərrüfatı sahələrində İranın sərhəd vilayətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Naxçıvan Ali Məclisinin sədri müştərək tarixi, dini, adət-ənənələrə toxunaraq deyib: Biz qonşuluq və qardaşlıq məsələsinə çoxlu dəyər veririk və İran bizim üçün qardaş və dost ölkədir.

"Arxayın olun ki, Azərbaycan Respublikası və Naxçıvan həmişə İranın dostu olub və olacaq və heç kim bu dostluq və qardaşlığa zərbə vura bilməz" –deyə Talıbov bildirib.

Talıbovun sözlərinə görə, biz çətin günlərdə İranın dəstəklərini unutmamışıq və həmişə İran üçün xeyir arzulayırıq.

  • Yazılıb
  • da (də) 2012 Mar 07