Tarix : 2012 Mar 07
Kod 29091

Bakı-Təl-Əviv əlaqələri islami oyanışı Azərbaycana çəkir

Azərbaycan Respublikası SSRİ-nin dağılmasından və 1990-cı il 30 avqustda müstəqillik qazanmasından sonra bir sıra təmayül və hadisələrlə üzləşib ...
/Aran agentliyi

Azərbaycan Respublikası SSRİ-nin dağılmasından və 1990-cı il 30 avqustda müstəqillik qazanmasından sonra bir sıra təmayül və hadisələrlə üzləşib və bu da onu addım-addım qərb ölkələri və ABŞ-a tərəf yönəldib.

AranNews - Azərbaycanın daxilində keçmiş SSRİ-yə qarşı yaranmış siyasi baxışlar, həmçinin 1990-cı ildə Dağlıq Qarabağa görə Bakı və İrəvan arasında yaranmış müharibə bu məsələyə güclü təsir etdi. Azərbaycanda təzə hökumət başına gəlmiş siyasilər Kremildən uzaqlaşmağa can atırdılar.

Hal-hazırda Ermənistanın və onun lobbisinin ABŞ və digər qərb ölkələrində güclü nüfuzu olmasına baxmayaraq, Rusiya onun ən böyük regional himayətçisidir. Ona görə də Azərbaycan Ermənistanla qarşılaşmaq üçün özünün bütün yumurtalarını qərbin səbətinə qoyub. Bu rəftar və reaksiyalar iki onilliyin ötməsi ilə bir az da bərkiyib, əsasən də İlham Əliyevin iş başına gəlməsi ilə bir az da kəskinləşibdir.   

Bakı bu müddət ərzində qərbi razı salmaqdan ötəri anti-din siyasətlərini öz proqramlarının önündə qərarlaşdırıb və öz sərhədlərini ABŞ və sionistlərin ixtiyarında qoyubdur. Dünyanın müxtəlif  ölkələrində ABŞ və İsrailin rəftarlarının uyğunluğu və hər ölkədə ABŞ-ın nüfuzu varsa, sionist rejimi də orada özünə yer etməsi məsələlərini nəzərə alsaq, Təl-Əviv Azərbaycan Respublikasına güclü nüfuz etmişdir.

Azərbaycanın yəhudi icması Təl-Əvivlə tamamilə uyğunlaşmaqda bu rejimin Azərbaycandakı nüfuz dəstəsinə çevrilib. Bu əsasla Bakı ilə razılaşaraq onun qonşu ölkələri barədə məlumat toplayır.

Sionist rejimi ötən illər ərzində həmin yəhudilərdən istifadə edərək, Azərbaycanda bu ölkənin İranla sərhəd regionlarda çoxlu əraziləri satın alıb və bununla da imkan həddində casusluq əməliyyatları aparır.

İranın Livanı işğal olmuş ərazilərin sərhəddində bazasına çevirməsinə cavab olaraq, İsrail Azərbaycanı Cənubi Qafqazda İrana qarşı Livana çevirməyə çalışırlar. Ona görə də Azərbaycanın dövlət rəsmiləri bu ölkənin ictimai mətninə diqqət etmədən – belə ki, ölkə əhalisi şiə müsəlmanlarından ibarətdir – anti-din siyasətləri yürütdülər və bu ölkənin mədəniyyəti ilə tamamilə zidd olan siyasəti himayə etdilər.

Bakı bu siyasətləri ilə sionistlərin iqtisadi və kəşfiyyat layihələrini himayə etmişdir. Hal-hazırda Mossad və Azərbacanın təhlükəsizlik-kəşfiyyat orqanları arasında yaxın və geniş əməkdaşlıq mövcuddur.

Bir məsələni yaddan çıxarmaq lazım deyil ki, islami oyanış hərəkatının yaranmasının əsas səbəbi ərəb hökmdarlarının region ölkələrin  ictimai və dini mətninə diqqət etməmələri, əhəmiyyət verməmələri oldu. Bu həmin siyasətdir ki, Azərbaycan dövləti də ondan bərk-bərk yapışıb.

  • Yazılıb
  • da (də) 2012 Mar 07