گ/سرویس آذربایجان
Biləsuvarlı sahibkarlar “Azadlıq”a müraciət ünvanlayıb. Onlar rayonun icra başçısı Mahir Quliyevin fəaliyyətindən narazılıq edirlər. Sahibkarlar deyir ki, Mahir Quliyev Biləsuvara icra başçısı təyin ediləndən sonra onların fəaliyyətinə ciddi maneələr yaradılır.
Sahibkarların sözlərinə görə, icra başçısının göstərişi ilə onlara məxsus obyektlərin qarşısına hasar çəkirlər. “Bu halda obyektlərin işləməsi mümkün deyil. Biz arxitektora müraciət etdik ki, heç olmasa qapı qoyaq. O isə bizə bildirdi ki, bu məsələ ilə bağlı icra başçısına müraciət etməlisiniz. Lakin icra başçısı bizi dinləmir. Nəticədə onlarla ailə iş yerini itirmək təhlükəsi ilə üzləşib”.
Sahibkarlar qəzetimiz vasitəsilə ölkə başçısını Ilham Əliyevə müraciət edərək ondan bu məsələyə diqqət yetirməsini xahiş edirlər.
Müraciəti aşağıdakı sahibkarlar imzalayıb:
Mərdiyev Barat Əliqulu oğlu
Abışov Anar Balaxan oğlu
Niftullayev Niftulla Əliş oğlu
Babayev Zakir Fərzulla oğlu
Cəfərov Mais Əziz oğlu
Mirzəyev Adil Əvəz oğlu
Məmmədov Mustafa Xəlil oğlu
Babayev Bılıt Fərzulla oğlu
Muradov Hicran Yusif oğlu
Şükürov Adəm Ramazan oğlu
Hadıyev Fərhad Yaşılxan oğlu
Abbasov Vüqar Kamal oğlu
Əliyev Tofiq Əjdər oğlu
Mehdiyev Ramin Imanəli oğlu
Bağırov Telman Məhərrəm oğlu
Hadıyev Firuz Fərhad oğlu
Məmmədli Şəhrid Mustafa oğlu
Məmmədov Rauf Hüseynağa oğlu
Sahibkarlar şəxsiyyət vəsiqələrinin seriya nömrələrini də müraciətə əlavə ediblər.