Azərbaycan Respublikası polisi iranlılardan rüşvət və bac almqdan əlavə, qəsdən onlarla xoşagəlməz rəftar edir
/Aran agentliyi
Məlumatlı qaynaqlardan biri Azərbaycan Respublikasındakı qeyri-münasib ictimai və mədəni vəziyyətə işarə edərək, bu ölkə polisinin iranlılardan rüşvət və bac almasından əlavə, qəsdən onlarla xoşagəlməz rəftar etməsindən xəbər verdi.
AranNews - Məlumatlı qaynaqlardan biri vətəndaşlara xəbərdarlıq etdi ki, Azərbaycan Respublikasına səfər etməyin – əsasən də novruz ərəfələrində – təhlükəli olmasına diqqət etməklə bu ölkəyə səfər etməsinlər.
Azərbaycan Respublikasındakı vəziyyət barədə məlumatlı olan bu qaynaq ölkədə geniş yayılmış korrupsiya və rüşvətxorluğa, turizm üçün lazımi infrastrukturun olmamasına və qeyri-münasib ictimai və mədəni vəziyyətə işarə edərək dedi: "Azərbaycan Respublikası polisi iranlılardan rüşvət və bac almqdan əlavə, qəsdən onlarla xoşagəlməz rəftar edir".
O, müsahibəsində iranlıların ötən illərdə Azərbaycan Respublikasına novruz səfərilərində acı təcrübələrinə işarə edərək dedi: "Azərbaycan Respublikası xalqının ənənəvi qonaqpərvərliyindən fərqli olaraq, ölkənin polis və dövlət məmurları müxtəlif yollarla iranlılardan pul alırlar".
Məlumatlı qaynaq həmçinin AR-sının polis və dövlət məmurlarının bəzən rüşvət almaq, bəzən də mediada İran əleyhinə təbliğat aparmaq üçün giriş məntəqələrində iranlı turistlərin cibinə narkotik maddələr atmalarına işarə edərək dedi: "Hal-hazırda onlarla iranlı belə hiylələrlə AR-nın həbsxanalarında qeyri-münasib şəraitdə saxlanılır".
O, müsahibəsinin davamında AR-nın rəsmi siyasətində İranı bu ölkənin düşməni kimi tanıtmasına da işarə edərək dedi: "Sionist rejimin AR-nın strukturlarına nüfuzu nəticəsində ölkənin rəsmi orqanlarına tapşırıq verilib ki, qəsdən iranlılarla xoşagəlməz rəftarlar edilsin".
Qaynaq həmçinin, AR tərəfinin iranlıların vizasını təmin etmək üçün rüşvət almasına işarə edərək dedi: "AR-nın sekülar dairələri iranlıların novruz səfərlərində onlardan rüşvət almaqdan əlavə bu mövzudan öz gülünc siyasətlərində də istifadə edirlər".
O artırdı: "Hər il novruzda iranlıların AR-na səfər etməsi ilə ölkənin bir sıra qərəzli mediası bu səfərləri sionist rejimin və ABŞ-ın İrana yaxın vaxtlarda hücum edəcəyi üçün iranlıların Azərbaycan Respublikasına mühacirəti adlandırırlar".