Avropa Birliyi Xarici Siyasət İdarəsinin Kordinatoru Azərbaycan Respublikası hakimiyyətini ölkə qanunlarına riayət etməyə çağırıb
/Aran agentliyi
Avropa Birliyi Xarici Siyasət İdarəsinin Kordinatoru Azərbaycan Respublikası hakimiyyətini ölkə qanunlarına riayət etməyə çağırıb.
Katrin Aşton eyni halda rəsmi Bakıdan ölkədəki siyasi və jurnalist məhbusların azadlığa buraxılmasına dəvət edib.
Azadlıq internet saytının məlumatına görə, Aşton AB ilə qonşuluq tərəfdaşlıq proqramının üzvü olan Az.R-da söz azadlığına riayət edilməsinin hüdudları haqda suala cavab olaraq deyib: Biz bu proqrama üzv ölkələrə təlqin etməyə çalışırıq ki, öz fikirlərini bəyan etdiyi üçün heç bir kəs məsuliyyətə cəlb olunmamalıdır.
Qanuna riayət etmək lazımdır və məhkəmə prosesləri Avropa standartlarına uyğun keçirilməlidir.
Katrin Aştonun bu sözləri elə bir halda irəli sürülüb ki, Az.R ötən bir il ərzində anti-hökuməti aksiyaları çərçivəsində həbs olunmuş qərbyönülmü fəal siyasi şəxsiyyətləri azad etməkdən imtina edir.
İki həftə bundan qabaq Az.R-da fəal siyasi və islami şəxslərin həbsi ilə bağlı yeni gedişatda onlarla fəal siyasi şəxsiyyət xüsusilə də İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyi ofisinin iki yerli əməkdaşı narkotik maddələr daşımaq ittihamı əsasında həbs olunub.