Tarix : 2012 Mar 10
Kod 29127

Vəkillər Gəncənin polis rəsini ''geri oturtdu''

Xəbər verdiyimiz kimi, 17 fevralda ölkənin bir çox yerlərində dindarların kütləvi həbsi həyata keçirilib
/Aran agentliyi

 

Həmin vaxt Gəncə şəhərində də iki dindar – Asəf Əliyev və İlham Ələkbərov saxlanmışdı. Onların müdafiəsi ilə bağlı problemlər yaranmışdı. A.Əliyev və İ.Ələkbərovun müdafiəsi üçün Gəncə şəhərinə getmiş vəkil Nemət Kərimli cinayət işinin istintaqına buraxılmamışdı.

Dindarların hüquqlarını müdafiə qrupundan Elçin Namazovun verdiyi məlumata görə, həmin vaxt Gəncənin polis rəisi Rasim Musayev vəkil Nemət Kərimliyə qarşı təhqiramiz ifadələr işlətmiş və onun müdafiəçi kimi tanınmasından imtina barədə göstəriş vermişdi: “Rasim Musayevin hərəkətlərinin qanunsuzluğu barədə istər vəkil Nemət Kərimli, istərsə də mənim tərəfimdən çoxsaylı şikayətlər edildikdən sonra problem həll olundu. Baş prokurorluqdan verilən göstərişlə Nemət Kərimli bu gün Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında Asəf Əliyevlə İlham Ələkbərova təqdim olunub”.

E.Namazov bildirib ki, Asəf Əliyevlə İlham Ələkbərov həbslərinin qanunsuz olduğunu, heç bir cinayət törətmədiklərini və polislərin böhtan xarakterli ifadələri əsasında həbs olunduqlarını bildiriblər.Qeyd edək ki, hər iki dindar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunurlar. Bundan əvvəl Gəncədə həbs olunmuş dindarlar Azər Cəbiyev, Fəxri İlyasov və İlqar Musayev də eyni maddələrlə ittiham olunmuşdular. Gəncədə həbs olunmuş dindarların hamısı polis şöbəsində xuliqanlıq etməkdə - avadanlıqları sındırmaqda, polislərə qarşı təhqiramiz ifadələr işlətməkdə və polislərə xəsarət yetirməkdə günbahlandırılır.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 10