/Aran agentliyi
2011-ci il, may ayının 6-sı, Təhsil Nazirliyinin qarşısında orta təhsil məktəblərində şagirdlərə qoyulan hicab qadağasına etiraz olaraq təşkil olunan "Hicaba azadlıq!" aksiyasında həbs olunan ilahiyyatçı-alim Hacı Tale Bağırov həbsxanaya göndərilib.
Azadxeber.az saytının verdiyi xəbərə görə, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Tale Bağırov mart ayının 8-i, Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən 16 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Qeyd edək ki, hicab məhbusu ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittihamı ilə həbsdə saxlanılır.
islamazeri.az