Tarix : 2012 Mar 10
Kod 29128

Hacı Tale Bağırov 16 saylı həbsxanaya göndərilib

Ruhani Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə müəssisənə təxliyyə edilib
/Aran agentliyi

 

 

2011-ci il, may ayının 6-sı, Təhsil Nazirliyinin qarşısında orta təhsil məktəblərində şagirdlərə qoyulan hicab qadağasına etiraz olaraq təşkil olunan "Hicaba azadlıq!" aksiyasında həbs olunan ilahiyyatçı-alim Hacı Tale Bağırov həbsxanaya göndərilib.

Azadxeber.az saytının verdiyi xəbərə görə, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Tale Bağırov mart ayının 8-i, Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən 16 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Qeyd edək ki, hicab məhbusu ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittihamı ilə həbsdə saxlanılır.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 10