Tarix : 2012 Mar 10
Kod 29129

Səfir: “Azərbaycan və İran arasında böhranlı vəziyyət yoxdur”

Bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib
/Aran agentliyi

 

Naxçıvanda Azərbaycan və İran xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Abbas İrakçi arasında keçirilən görüşdə iki ölkə arasında nota mübadiləsi məsələsi müzakirə olunub.

APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib.Səfir bildirib ki, A. İrakçi yaranmış vəziyyətlə əlaqədar Azərbaycana səfərə dəvət olunub, nazir müavini təxminən 1 ay ərzində Bakıya gələcək:

Demək olar ki, iki ölkə arasında böhran vəziyyəti mövcud deyil. Ümumiyyətlə, ailədə də iki qardaş arasında hansısa problem ola bilər. Əsas odur ki, problemlər müzakirə edilib, həll olunsun”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 10