Tarix : 2012 Mar 11
Kod 29148

Bakı rəsmiləri qəflət yuxusundan ayılsınlar və regionda cərəyan edən əzəmətli hadisələrə nəzər sa...

İranın Xoy şəhərinin cümə namazı xətibi deyib: Bakı rəsmiləri qəflət yuxusundan ayılsınlar və regionda cərəyan edən əzəmətli hadisələrə nəzər salsınlar
/Aran agentliyi

 

İranın Xoy şəhərinin cümə namazı xətibi deyib: Bakı rəsmiləri qəflət yuxusundan ayılsınlar və regionda cərəyan edən əzəmətli hadisələrə nəzər salsınlar.

PANA xəbər agentliyinin məlumatına görə, höccətülislam Seyid Rəzi Musəvi Şəkuri Xoyun cümə namazı xütbələrində rəsmi Bakının məscidlərin bağlanması, dini mərkəzlərin fəaliyyətinin dayandırılması, dini mərasimlərin keçirilməsinə icazənin verilməməsi, məzlum şiələrin həbs və zindana salınması, İranın İmdad Xomeyini Komitəsinin Bakı ofisinin bağlanması, İrana məxsus yük maşınlarının Azərbaycana buraxılmaması və digər xoşagəlməz rəftarlarını tənqid edərək, deyib: Azərbaycan Respublikası başçılarına xəbərdarlıq və tövsiyə edirəm ki, ABŞ və İsrailin çürük ipi ilə quyuya düşməsin və onlara xoş gəlmək üçün atılan yanlış addımlardan çəkinsin.

Höccətülislam Seyid Rəzi Musəvi Şəkuri əlavə edib: Sağlam düşüncə və məntiq belə hökm  edir ki, Bakı rəsmiləri qəflət yuxusundan ayılsınlar və İslami Oyanışın coşqun dalğaları qarşısında dayanmasınlar.

  • Yazılıb
  • da (də) 2012 Mar 11