Səltənət tipli qonşu ölkələrdə müşahidə etdiyimiz sifarişli və saxta seçkilərinin əksinə olaraq, İran azad və əzəmətli seçkilər keçirməkdə dünyada birincidir
/Aran agentliyi
Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində açıqladı: “Səltənət tipli qonşu ölkələrdə müşahidə etdiyimiz sifarişli və saxta seçkilərinin əksinə olaraq, İran azad və əzəmətli seçkilər keçirməkdə dünyada birincidir. İslami İrandakı seçkilər xalqın nəzər və rəyinə, hamının iştirakına tabedir”.
O, dünyanın bəzi ölkələrinin seçkilərini gülünc və aldadıcı adlandıraraq vurğuladı: “Regiondakı bəzi qonşu ölkələrdə ya seçki yoxdur, ya da gözdən pərdə asmaq üçündür. Azərbaycan Respublikasındakı seçkilər də belələrindəndir”.
Höccətül-islam vəl-müslimin Amili daha sonra dedi: “Azərbaycan Respublikasında seçkilərdə iştirak etmək üçün hamıya, o cümlədən islamçılara icazə verilmir. Digər tərəfdən isə seçilmiş nümayəndələr xalqın seçdiyi həqiqi nümayəndələr yox, hakim dairənin seçdiyi nümayəndələrdir. Bu mətləbləri ona görə açıqladım ki, son vaxtlar Azərbaycanın rəsmilərindən biri İrandakı seçkiləri saxta adlandırmışdı”.
İmam cümə söhbətinin sonunda Azərbaycan Respublikasının nazirlərindən birinin sözlərinə işarə edərək dedi: “Əgər islami bir ölkənin naziri “bizim qadınlarımız nə üçün hicabda olmalıdır” kimi iddia edirsə, bu həqiqətdə həmin tarixi hadisənin bir formasıdır ki, anlamazlıq üzündən Kərbəlada imam Hüseynə (ə) və əhli-beytə (ə) hörmətsizlik etdilər və sonra dedilər ki, biz imam Hüseynin (ə) sözlərini başa düşmədik. Azərbaycan xalqı bilsin ki, onların hökumət rəsmiləri hansı təfəkkürün varisləridir. Mən Azərbaycan xalqına belə bir hökumət rəsmiləri olduğu üçün başsağlığı verirəm”.