Ərdəbilin imam cüməsi dünyanın müxtəlif ölkələrində yaşayan azəri şiələrlə əlaqələrinə işarə edərək, onların öz şiə kimliklərinin müdafiə təşkilatını yaratmaq istəmələrindən xəbər verdi
/Aran agentliyi
Ərdəbilin imam cüməsi dünyanın müxtəlif ölkələrində yaşayan azəri şiələrlə əlaqələrinə işarə edərək, onların öz şiə kimliklərinin müdafiə təşkilatını yaratmaq istəmələrindən xəbər verdi.
AranNews - Ayətullah Amili 10 martda Təbrizdə keçirilən "Şəriət məhkumları" toplantısında Azərbaycan Respublikasının bəzi dairələrinin etnik mənsubiyyət siyasətlərinə işarə edərək dedi: "Bu gün bəşər fikri yetkinlik həddinə çatmışdır və etnik mənsibiyyətçilik kimi boş şüarlara aldanmırlar".
Ərdəbilin imam cüməsi dünyanın müxtəlif ölkələrində yaşayan azərilərin əsas kimliyinin onların şiə kimliyindən ibarət olmasına da işarə edərək açıqladı: "Rusiya, Türkiyə, Almaniya, Azərbaycan Respublikası və digər ölkələrdə yaşayan azərilər şəxsən gəldikləri görüşlərdə və ardıcıl telefon zənglərində öz şiə kimliklərini himayə etməyi istəyirlər".
Ayətullah Amili çıxışının davamında dedi: "Bu günləri şiə kimliyi dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycan Respublikasında təzyiqlərə məruz qalıb və şiələr bu cəhətdən olduqca narahatdırlar".
O daha sonra dedi: "Azərbaycan hökumət orqanlarının azəri kimliyinə təhqirləri davam edəcəyi surətdə dünya azərilərinin şiə kimliyindən müdafiə təşkilatının müqəddimə işləri təmin ediləcək".