Gürcüstan prezidentinin Mixail Saakaşvilinin Milli Məclis kürsüsündəki çıxışı kifayət qədər rezonans yaratdı
/Aran agentliyi
Gürcüstan prezidentinin Mixail Saakaşvilinin Milli Məclis kürsüsündəki çıxışı kifayət qədər rezonans yaratdı. Mətbuatda yayılan məlumatlara görə, Saakaşvilinin parlamentdəki çıxışı Azərbaycan tərəfi ilə hökmən razılaşdırılıb. Çünki bu çıxış rəsmi bəyanatdır və əvvəlcədən hazırlanır, səfərə dəvət edən tərəf onun əsas tezisləri və məzmunu ilə öncədən tanış olur. Onlar bunu dövlət başçılarının səfər protokolunun necə hazırlandığına bələd olan qaynaqlara əsasən yazır.
Saakaşvilinin Milli Məclisdə Rusiya əleyhinə sərt çıxış etməsi Azərbaycan hökuməti ilə razılaşdırılmışdımı, yoxsa sürpriz idi?
Görəsən, ekspertlər bu haqda nə düşünür?
Politoloq Zərdüşt Əlizadə Deyerler.Org-a açıqlamasında bu çıxışın sürpriz olmadığını deyib: “Xeyr, sürpriz deyildi. Bu çıxış razılaşdırılmayıb. Amma o, çox gözəl bilir ki, belə bir bəyanatın verilməsi Azərbaycan hakimiyyətinə ziyan gətirməyəcək”.
Deyerler.Org