/Aran agentliyi
Martın 1-də Quba şəhərində xalq aksiyalarında iştiraklarına görə həbs olunmuş sakinlər dövlət əmlakına ziyan vurmaqda və polisə tabe olmamaqda ittiham edilirlər.
Həbs olunanların bir neçəsi rayon prokurorluğuna gətiriliblər.
Martın 8-də həbs olunanların yaxınları Quba Rayon Prokurorluğu qarşısına toplaşıblar. Rayon prokurorluğundan həbs olunanların yaxınlarına bildirilib ki, onlar istintaqa cəlb olunacaqlar.
53 saylı Quba-Qusar seçki dairəsindən seçilən yəhudi deputat Yevda Abramov deyib ki, Quba hadisələrinə görə üç nəfər Bakıya gətirilib.
Deputat bildirib ki, həmin şəxslər həbs olunmayıblar, hələlik onlara qarşı ittiham da irəli sürülməyib.
Yəhudi deputat əlavə edib : “Hazırda onları dindirirlər. Hadisələr baş verən zaman çəkilən fotolara, videolara baxılacaq. İnsanların əmlakına ziyan vurmaqda şübhəli bilinənlərin, foto və videoçəkilişlərə düşənlərin hamısı dindiriləcək. Amma bu o demək deyil ki, dindirilənlərin hamısı tutulacaq. “
Yəhudi deputat əlavə edib : “Hüquq-mühafizə orqanları ilə daimi təmasdayam. Quba hadisələrinə görə onlarla şəxsin həbs olunması haqda deyilənlər düzgün deyil. Hadisə günü 24 nəfər saxlanılmışdı. Həmin şəxslər də martın 1-də azadlığa buraxılıb. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri Qubaya ezam olunublar. Qubada hər şey qaydasındadır, həyat öz axarı ilə davam edir.Bütün idarə və müəssisələr işləyir. ”