Tarix : 2012 Mar 12
Kod 29175

BAKIDA MİTİNQLƏR BAŞLAYIR?

İctimai Palata ilk mitinqi aprelin 8-nə təyin etdi
/Aran agentliyi

Martın 10-da İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyində ölkədə hazırkı ictimai-siyasi durum, İctimai Palatanın vəzifələri və cari məsələlərdən danışılıb. Kütləvi aksiyalara başlamaq məsələsi də gündəliyə daxil edilib.

İctimai Palatanın (İP) növbəti sessiyasının sonunda mitinq keçirmək təklifi İP üzvləri tərəfindən qəbul edilib.

Ə.Kərimli İP üzvlərini səfərbərliyə çağırıb: “8 aprel mitinqinə sıradan mitinq kimi yox, xalq hərəkatının 2012-ci ildəki yeni bir mərhələsi kimi başlayaq”.

İP-in aprelin 8-də mitinq keçirmək təklifi səsə qoyulub. Təklif səs çoxluğu ilə qəbul edilib. Sessiya Azərbaycan himninin oxunması ilə başa çatıb.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 12