Məhbəslərdə yatan dindarların hələ də azadlığa buraxılmamaları bir çox insanları narahat edir
/Aran agentliyi
Məhbəslərdə yatan dindarların hələ də azadlığa buraxılmamaları bir çox insanları narahat edir. Təkcə 2012-ci ildə 25 dindar həbs edilib
Bunlar arasında məscid axundları və digər minbərlərdə çıxış edən ruhanilər də var. Ən maraqlı məqam bundan ibarətdir ki, həbsdə yatan ruhanilərin bir çoxu qanunsuz narkotik və silahdaşıma maddələri ilə ittiham edilirlər. Baş verənlərə münasibət öyrənmək üçün Azərbaycal Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevə müraciət elədik. Elədəniz Quliyev bu həbslərin təsadüfi olmadığını vurğuladı. “Dindarlara qarşı bu cür qeyri-qanuni, mən deyərdim vandalcasına münasibət bir siyasətdir və bu siyasət nəinki bir çox günahsız dindarların həbsi ilə bitəcək, eyni zamanda Azərbaycanın imicinə böyük zərbə vuracaq. Çünki, insanı sözünə görə, əqidəsinə görə həbs eləmək heç bir məntiqə sığmır. Mən bu barədə bəyanat da vermişəm və fürsətdən istifadə edib sizin vasitənizlə də bildirirəm ki, əgər bunlar istəyirlər ki, Azərbaycan əxlaqsızlıq məkanına çevirilsin, biz buna imkan verməyəcəyik. Özləri dedikləri kimi, tolerant olmağa çalışsınlar.”
birlik