Tarix : 2012 Mar 13
Kod 29185

Qubada saxlanılanların olduğu rəsmən təsdiqləndi

Bu gün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaraq hadisələrin sonrakı məcrası barədə rəmi məlumat almağa çalışıb
/Aran agentliyi

Qubada icra başçısının istefası ilə nəticələnən 1 mart aksiyasından xeyli vaxt ötür, amma söz-söhbətlər kəsilmir. Mətbuat hər gün rayondakı vəziyyətə dair fərqli xəbərlər verir. Bir neçə nəfər tutulanın olduğu da bu xəbərlər sırasındadır.

Hüquq mühafizə orqanları isə indiyədək cəmi bir rəsmi məlumat yayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı həmin məlumatda bildirilib ki, 1 mart aksiyası ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib.

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində icra hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetiriblər”.

Rəsmi məlimatda o da bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Lakin Qubada baş verənlərin Cinayət Məcəlləsinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin olub-olmadığı haqda hər hansı rəsmi məlumat almaq mümkün deyil. Baş Prokurorluq bununla bağlı açıqlama vermir.

Bu gün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaraq hadisələrin sonrakı məcrası barədə rəmi məlumat almağa çalışıb.

Quba hadisələri zamanı saxlanılanlarla bağlı istintaq işləri gedir”. Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E.Zahidov qısaca olaraq bunu da əlavə edib: “Biz Quba hadisəsi zamanı saxlanılanlar barədə məlumat vermişik. Hazırda istintaq işləri aparılır”.

Amma DİN rəsmisi neçə nəfərin saxlanıldığı barədə bir söz demək istəməyib.

 

  • Yazılıb
  • da (də) 2012 Mar 13