Tarix : 2012 Mar 13
Kod 29187

Eurovision, əlvida?

“Amnesty İnternational” təşkilatı ölkələri Bakıda keçiriləcək “Eurovision”u boykot etməyə çağırıb''
/Aran agentliyi

 

 

“Amnesty İnternational” təşkilatı ölkələri Bakıda keçiriləcək “Eurovision”u boykot etməyə çağırıb. Artıq Hollandiya, Fransa və İrlandiya bu çağırışa normal baxır. Qafqaz.İnfo-nun məlumatına görə, “Amnesty İnternational” Azərbaycanda “Eurovision”a görə, insan haqlarının pozulduğunu əsas gətirərək, müsabiqəni boykot etməyə çağırış edib. “Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbərinin müavini John Dalhuisen “Guardian” qəzetinə açıqlamasında Azərbaycanın insan hüquqlarının qorunmadığı bir ölkə olduğunu və “Eurovision”un insan hüquqlarını pozan ölkəni maskalamayacağını bildirib.

Təşkilat həmçinin müxalifətin mitinq yürüşünə polisin sərt müdaxiləsini, mitinqə icazə verməməyi, jurnalistlərin həbsini də tənqid edərək iqtidardan bu cür mövqeyindən əl çəkməyi təklif edib.

Avropa Yayım Birliyi (EBU) isə bu müsabiqənin siyasi bir təşkilat olmadığını xatırladaraq, boykot fikrini anlamadıqlarını qeyd edib.

Xəbər.İnfo

  • Yazılıb
  • da (də) 2012 Mar 13