Tarix : 2012 Mar 13
Kod 29190

Narkotik onun cibinə məqsədyönlü şəkildə qoyulub

Mehdi Məmmədovun həbsinin ev dustağı ilə əvəz edilməsi tələbi qoyulur
/Aran agentliyi

 

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun cibindən "çıxarılan" narkotik maddənin heroin olduğu aşkarlanıb.

Hacı mehdi Məmmədovun vəkili Zaman Səmədovun İslamazeri.az-a verdiyi açıqlamaya görə, ekspertizanın rəyinə əsasən Mehdi Məmmədovun cibindən "çıxarılan" narkotik maddə heroindir və çəkisi 0.236 qramdır.

Zaman Səmədov deyib ki, " Bu gün müstəntiq ilə birlikdə Mehdi Məmmədovla görüşdük. Ekspertizanın rəyinə etiraz yazdıq və qeyd etdik ki, narkotik maddə Mehdi Məmmədovun cibinə məqsədyönlü şəkildə qoyulub və daha sonra da çıxarlııb".

Martın 12-də Mehdi Məmmədov və vəkili Zaman Səmədov ekspertizanın rəyi ilə tanış olublar. “Media forum” saytına açıqlama verən vəkil deyib ki, ekspertizanın rəyinə etiraz ediblər: “Bu gün Bakı İstintaq Təcridxanasında müstəntiqlə birgə Mehdi bəylə görüşdük. Ekspertizanın rəyinə etiraz yazdıq və orada göstərdik ki, narkotik maddə Mehdi bəyin cibinə qoyulub”.

Zaman Səmədov martın 13-də Binəqədi Rayon Məhkəməsinə Mehdi Məmmədovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair ərizə təqdim edəcəyini deyib.

Mehdi Məmmədov fevralın 18-də tutulub. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 13