Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında ...
/Aran agentliyi
Faktxeber.com-un verdiyi məlumata görə, martın 12-də Azərbaycan prezidenti İlham Əliyevin və Xorvatiya prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç, “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Radimir Çaçiç imzalayıblar.