Ruhani külli miqdarda narkotik vasitələri daşımaq, paylamaq, satmaq maddəsi ilə ittiham olunur
/Aran agentliyi
Ruhani külli miqdarda narkotik vasitələri daşımaq, paylamaq, satmaq maddəsi ilə ittiham olunur
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani Hacı İlqar Əliyev fevral ayının 17-si narkotik maddə ittihamı ilə həbs olunmuşdu.
Ruhaniyə 3 aylıq istintaq müddətində Kürdəxanı İstintaq Təcridxanasında azadlıqdan məhrum etmə qərarı verilmişdi.
İslamazeri.az-a Cəlilabad Rayonunun sakinləri məlumat veriblər ki, rayon ağsaqqalları ruhaninin həbsi ilə bağlı QMİ-yə və Cəlilabad Rayonu İcra Hakimiyyətinə müraciət ediblər.
Hər iki qurumdan söz verilib ki, ruhani Hacı İlqar Əliyev bayram günlərini evində keçirəcək yəni azadlığa buraxılacaq.
Bu gün isə ruhani Hacı İlqar Əliyevin Cəlilabad rayonundakı müvəqqəti saxlama təcridxanasında olduğu xəbər verilib.
Xatırladaq ki, Hacı ilqar Əliyev 25 qram narkotiklə həbs edilmişdir. Ruhanin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmışdır. Lakin yaxınları ruhaninin həbsinin səbəbi isə son zamanlar Azərbaycanda keçiriləcək "avroviziya" mahnı müsabiqəsi və geylərin paradını sərt tənqid etməsi olub.
Islamazeri