Tarix : 2012 Mar 14
Kod 29214

Talış xalqı boğaza yığılmaq üzərədir

İran Azərbaycan sərhədində hələ də gərginlik davam edir
/Aran agentliyi

 

İran Azərbaycan sərhədində hələ də gərginlik davam edir. Bayram qabağı İrana üz tutan kasıb xalq sərhəddə ölüm-dirim mübarizəsi aparmaqdadır. Hakimiyətin sərhəd problemi vətəndaşların başında çatlayır. İrana kartof, soğan, un və sair ərzaq dalıyca gedən Azərilər saatlarla sərhəddə əsəblərini və cisimlərini məşəqqətə salmaqdan savayı bir şey qazana bilmirlər. Bu xalqın nümayəndələrinin əksəriyyəti isə Talışlardır. Görən onları nə vadar edir qonşu İrana gedib kartof, soğan, un alsınlar? İşsizlik, kasıblıq və sair. Aydın məsələdir axı biz müharibə şəraitində yaşayan bir ölkəyik. Amma bu müharibə şəraiti ancaq Talışlara aiddir deyəsən. Çünki Bakıda bu şərait hiss olunmur. Amma hər şeyin öz həddi var və Talış ağsaqqllarının səbr kasaları dolanda hələ ki, bu cür mülayim formada etiraz edirlər. İrağ o gündən ki, bu etirazlar Qubada baş verənlərdən daha pis olsun. /Azadxeber

azadxeber

  • Yazılıb
  • da (də) 2012 Mar 14