'' İran bizim qonşumuz olan ölkədir və istər istəməz həmişə bir-birimizlə qonşu olacağıq
/Aran agentliyi
ANS Telekanalına müsahibə verən Əli Həsənov Azərbaycan Respublikasının anti-İran hərəkətlərinin şiddətlənməsinə işarə etmədən deyib:
" İran bizim qonşumuz olan ölkədir və istər istəməz həmişə bir-birimizlə qonşu olacağıq. İran bizim üçün dost olan ölkədir. Biz tarixi, mədəni və dini ortaqlıqlara malikik.
İran, Azərbaycan Respublikası və Türkiyə xarici işlər nazirlərinin Naxçıvandakı görüşlərinə toxunan Əli Həsənov bu iclasın faydalı olduğunu bildirib.
" Bu İclas İranla Azərbaycan Respublikası münasibətlərində mövcud olan ixtilafların aradan qaldırılmasına yardım edəcək" –deyə Həsənov qeyd edib.
Əli Həsənov İranın Azərbaycan Respublikasına etiraz notası verməsi haqdakı bir suala cavab olaraq deyib:" Hazırda bu haqda müzakirələr keçirilməkdədir və bu müzakirələr davam edəcəkdir".
Azərbaycan Respublikasının Prezident Aparatının ictimai-siyasi şöbə müdiri öz sözlərinin davamında Rəsmi Bakının sionist rejimdən silah satın alması haqdakı müqaviləsinə işarə edərək, deyib: " Azərbaycan Respublikası ərazilərinin bir hissəsi işğal altındadır və çalışır ki, özünün müdafiə qabiliyyətlərini gücləndirsin".
Azərbaycan Respublikasının, İrana qarşı fəaliyyət ya casusluq mərkəzinə çevrilməyəcəyinə toxunan Əli Həsənov, ötən dekabr ayında İrana səfərinə işarə edək, belə əlavə edib: " Bu səfərdə yaxşı anlaşmalar əldə edildi".
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun dekabrın 3-də Tehran səfəri və İran İslam Respublikası Teleradio Təşkilatının məsul şəxsləri ilə müzakirələri zamanı müştərək media komitəsinin təşkil edilməsi haqda razılıq əldə edildi və İran tərəfindən, İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazimi İranın bu komitədəki nümayəndəsi kimi təqdim edildi.
İranın müştərək media komitəsinin iclaslarını keçirməyə rəsmən hazırlığını bildirməsinə rəğmən, Azərbaycan Respublikası indiyə qədər bu haqda heç bir addım atmayıb. Əli Həsənovun Tehrandan Bakıya geri dönməsindən sonra Tehrandakı media anlaşmasına xələl vurmaq məqsədilə çoxlu hərəkətlər, o cümlədən İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinə qarşı hərəkətlər həyata keçirilibdir ki, ən son nümunə kimi İRİB-nin Bakıdakı nümayəndəliyinin iki yerli qüvvəsini narkotik maddələr daşımaq kimi saxta ittihamla həbs edilmələridir.