İran İslam Respublikasının müdafiə naziri bəyan edib ki, İranla Azərbaycan Respublikası arasında əməkdaşlıqların genişləndirilməsi regionda təhlükəsizliyin bərqərarına öz töhfəsini verir
/Aran agentliyi
İran İslam Respublikasının müdafiə naziri bəyan edib ki, İranla Azərbaycan Respublikası arasında əməkdaşlıqların genişləndirilməsi regionda təhlükəsizliyin bərqərarına öz töhfəsini verir.
İRNA-nin məlumatına əsasən, general-polkovnik Əhməd Vəhidi dünən azərbaycanlı həmkarı general polkovnik Səfər Əbiyevlə görüşünün sonunda onunla birgə keçirdiyi mətbuat konfransında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Cənab Vəhidi həmçinin Qarabağ münaqişəsinin həllində Tehranın hər cür köməyə hazır olduğunu və konfliktin tezliklə həllinə ümidvarlığını bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri də İrana səfərinin nəticəsindən məmnunluq ifadə edərək, bu səfər əsnasında regional və müdafiə məsələlərinin müzakirə olunduğunu söyləyib.
General Əbiyev qeyd edib ki, İran və Azərbaycan R. qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün lazımi potensiala malikdirlər.