Tarix : 2012 Mar 14
Kod 29218

Ali Milli Təhlükəsizlik Şurasının katibi: ''İranın Azərbaycan Respublikasına baxışı stratejidir''

Cəlili, iki ölkə arasında müxtəlif sahələrdə yaranmış əməkdaşlığa işarə edərək, ortaq imkanlardan istifadə etməyi önəmli və hər iki ölkənin resurslarının qorunması adlandırdı
/Aran agentliyi

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi bəzi məsələlərin İran və Azərbaycanın münasibətlərini öz təsiri altına salmasına icazə verməməyin lüzumunu bəyan edərək dedi: "İranın Azərbaycan Respublikasına baxışı imtiyazlı və stratejidir".

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün çərşənbə axşamı sübh saatlarında Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Məqamlı Rəhbərin nümayəndəsi Səid Cəlili ilə görüşdü. Görüşdə tərəflər tarixi, mədəni və dini ortaqlıqlara toxunmaqla yanaşı təhlükəsizlik məsələləri, regionda vəziyyət və münaqişələr ətrafında fikir mübadiləsi apardılar.

Cəlili, iki ölkə arasında müxtəlif sahələrdə yaranmış əməkdaşlığa işarə edərək, ortaq imkanlardan istifadə etməyi önəmli və hər iki ölkənin resurslarının qorunması adlandırdı.

Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin artırdı: "Hər iki ölkənin təhlükəsizliyi bir-birinə bağlıdır və bəzi məsələlərin iki ölkə münasibətlərini öz təsiri altına salmasına icazə vermək olmaz".

Cəlili vurğuladı: "İranın Azərbaycan Respublikasına baxışı imtiyazlı və stratejidir".

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də iki ölkə arasındakı əlaqələrin güclənməsi yolunda göstərilən səylərə görə öz təşəkkürünü bildirməklə yanaşı, İslamı iki xalqın vəhdət və yaxınlaşması səbəbi adlandırdı. O, vurğuladı: "Azərbaycan Respublikası heç kəsə icazə verməyəcək ki, bu ölkə ərazisindən İrana qarşı istifadə edilsin".

  • Yazılıb
  • da (də) 2012 Mar 14