Tarix : 2012 Mar 14
Kod 29219

Prezident Azərbaycanın Müdafiə Naziri ilə görüşündə: ''Tehran-Bakı münasibətləri heç bir hadisəni...

Prezident Azərbaycanın Müdafiə Naziri ilə görüşündə Tehran-Bakı münasibətlərini dərin və səmimi qardaşlıq vəsf edərək dedi: ''Bu münasibət heç vaxt heç bir hadisənin təsiri altında düşməyəcək
/Aran agentliyi

 

Prezident Azərbaycanın Müdafiə Naziri ilə görüşündə Tehran-Bakı münasibətlərini dərin və səmimi qardaşlıq vəsf edərək dedi: "Bu münasibət heç vaxt heç bir hadisənin təsiri altında düşməyəcək".

AranNews - Prezident Mahmud Əhmədinejad dünən Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyevlə görüşündə İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və inkişafını dəstəklədiyini bildirərək dedi: "Uzaq keçmişlərdən bu günə qədər İranla Azərbaycan arasında səmimi qardaşlıq münasibətləri olub və iki ölkə arasında heç bir problem olmayıb".

Prezident, bu iki ölkənin düşmən və şeytanlarının hiyləsindən qorunmağın lazım olduğunu da vurğulayaraq dedi: "Düşmənlər Tehranla Bakı arasında münasibətlərin genişlənməsini istəmir. Əlbəttə, hazırda bir sıra süni problemlər mövcuddur ki, onları da aradan götürmək və qarşılıqlı əlaqələrin səviyyəsini qaldırmaq olar".

Əhmədinejad daha sonra dedi: "Bu gün hər iki ölkənin düşmənləri nə İranın mövcudluğunu istəyirlər, nə də Azərbaycanın. Onlar həmişə öz maraqlarını güdür və bu yolla da İranla Azərbaycan Respublikasını öz hegemonluğu altına gətirməyə çalışırlar".

Prezident həmçinin, dost və qardaş ölkə olan Azərbaycandan heç vax İran əleyhinə bir problem yaranmamasından əmin olmasını da bəyan edərək dedi: "Əmin olun ki, Tehranla Bakı arasındakı münasibətlərə heç bir xələl gəlməyəcək. Çünki İran İslam Respublikası Azərbaycan Respublikasının əzəmət və inkişafını öz inkişafı sayır və bu asanlıqla aradan qalxan bir mövzu deyil".

Prezident İran və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin iki ölkənin yüksək rütbəli rəsmilərinin danışıqlar və fikir mübadilələri vasitəsilə tənzim olmasını vurğulayaraq, dedi: "Sözsüz ki, bu əlaqələr hansısa şəxsin, qrupun və ya medianın təsiri altına düşməyəcək".

Əhmədinejad, iki ölkənin müdafiə nazirlərinin konstruktiv danışıqlarına da işərə edərək dedi: "Çalışmalıyıq ki, iki ölkənin münasibətləri inkişaf etsin. Çünki Tehranla Bakı arasında münasibətlərin inkişafı bölgə ölkələrinin də xeyrinə olacaq”.

Prezident Mahmud Əhmədinejad bu görüşdə qarşıdan gələn novruz bayaramı münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan Respublikası dövlət və xalqını təbrik etdi.

Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev də İran İslam Respublikasına səfərindən razı qaldığını bildirərək iki ölkə arasında əlaqələrin genişləndirilməsinin vacibliyini bəyan etdi.

Azərbaycanın Müdafiə Naziri Bakı-Tehran əlaqələrinin genişlənməkdə olmasını bildirərək vurğuladı: "Heç bir ölkə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərə xələl gətirə bilməz".

O artırdı: Azərbaycan qabaqlar olduğu kimi ölkəmizin ərazisindən və ya səmasından İrana qarşı istifadə etmək üçün heç kəsə icazə verməyəcək. Çünki biz İranı özümüzə dost və qardaş ölkə bilirik”.

Səfər Əbiyev həmçinin bu görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və bu ölkənin dövlət və xalqının novruz bayramı təbrikini doktor Əhmədinijada çatdırdı.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 14