/Aran agentliyi
Hal-hazırda Atlantik Şurasının Avrasiya Mərkəzinin direktoru olan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Turan informasiya agentliyinə geniş müsahibə verib.
- Mart ayında ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının iyirmi ili tamam olur. Lakin bu gün Bakıda ABŞ səfiri yoxdur. Vaşinqtondan Bakıya heç bir yüksək səviyyəli səfər yoxdur. Siz bu gün bu əlaqələri necə qiymətləndirirsiniz?
- Xəzər dənizinin enerji ehtiyatlarını beynəlxalq bazarlara çıxmarmaq, boru kəmərlərinin yaradılması inkişafı əsasında ABŞ və Azərbaycan güclü tərəfdaşlıq münasibətləri qurub. İki ölkə arasında əməkdaşlıq və terrorizmə qarşı mübarizə aparılır. Azərbaycan ABŞ-la regional və qlobal təhlükəsizlik üzrə bir koalisiyadadır.
-Təəssüf ki, bütün beynəlxalq ictimaiyyət üçün vacib olan, Azərbaycan, Ermənistan və Qafqazın gələcəyi üçün ən böyük təhlükə olan Qarabağ münaqişəsi, həll edilməmiş qaslır. Aydındır ki, Bakı ABŞ-ın səfiri olmaması çox yaxşı deyil, amma bu ikitərəfli münasibətlərə təsir etmir. Səfirinin müvəqqəti olmamasını əvəz edən rabitə mövcuddur.
- “Ərəb baharı” post-sovet demokratlarında böyük gözləntilər yaratdı. Dəyişik dalğasının onların ölkəsinə də çatacağı gözlənirdi. Lakin bir il keçməsinə baxmayaraq Mərkəzi Asiya və Qafqazda demokratir hakimiyyətlər qurmaq mümkün olmur. Eyni zamanda, Azərbaycanın Quba rayonunda bu yaxınlarda bir regional "üsyan" oldu, minlərlə insan öz hüquqlarını tələb edərək küçələrə çıxdı və icra başçısının rəhbərini devirdilər.
- İnsanların, ölkələrin və regionların öz tarixi xüsusiyyətləri var. Mənim üçün Azərbaycan hökuməti əhalinin təzyiq altında qalaraq hökuməti devirməsi çox maraqlı idi. Biz Orta Asiya və Qafqazda dəyişikliklər davam edəcəyindən əminik. ABŞ bu regionda dəyişiklik istəyən insanların azadlıq, təhlükəsizlik və sabitliyinə yardım edəcək. Məncə Qərb dünyası trans-Atlantik dəyərlərin regionda təbliği proseslərinə cəlb olunmalıdır.
-Yeni beynəlxalq hesabatlarda, Freedom House, Human Rights Watch və digər təşkilatlar bildirirlər ki, 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşib. Sizcə bunun səbəbi nədir?
- Azərbaycanda insan hüquqlarının vəziyyətinin pis olması çox ciddi problemdir və gələcəkdə bu ölkənin Qərb tərəfdaşları ilə münasibətlərinə ağır təsir edəcək.
- Amma iqtidar şlkədə indan haqlarının durumunda nəaliyyətlərdən danışır və beynəlxalq təşkilatların bəyanatlarını rədd edirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilib və bu il Bakıda “Eurovision” musiqi yarışması keçiriləcək. Bu faktlar ölkənin beynəlxalq imicinə təsir göstərə bilərəm?
- BMT Təhlükəsizlik Şurası Azərbaycanın seçilməsi BMT Baş Assambleyasında çoxluğun rəyini əks etdirir. Eurovisionda uğur ölkənin nailiyyətləri deməkdir. Lakin, Azərbaycan, yarışmanın qalibi olmasıyla deyil, demokratiya sahəsində, insan hüquqları, qanunun aliliyi, sabitlik, təhlükəsizlik və s. məsələlərdə qazandığı uğurları ilə fəxr etməlidir.