Tarix : 2012 Mar 15
Kod 29249

Azərbaycan Respublikası dövlətinin İrana qarşı yeni ittihamı

Bakı təhlükəsizlik qüvvələri yenə də bu ölkənin dindarlarını İrana casusluq etməkdə itthamlandırdılar
/Aran agentliyi

Bakı təhlükəsizlik qüvvələri yenə də bu ölkənin dindarlarını İrana casusluq etməkdə itthamlandırdılar

"AranNews"in Trendə istindala verdiyi məlumata əsasən, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 18 nəfər azərbaycanlı olmaqla 22 nəfəri dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etmək və dövlətə xəyanətdətəqsirli bilərək həbs etdiyini açıqlamışdır.

Azərbaycan Respublikası dövlətinin bu ölkə dindarlarına qarşı casusluq ittihamı Azərbaycanla İran arasında hər hansı bir problem yarandığı zaman öz yüksək həddinə çatır. Əlbəttə, dindarlara qarşı atılan bu böhtanların Azərbaycanın müstəqillik ömrü qədər keçmişi vardır. Həqiqətdə Bakı dövləti dindarlardan İrana qarşı təzyiqlər üçün girov kimi istifadə edir.

Bakı dövləti təhlükəsizlik qüvvələrinin dindarlara qarşı son ittihamları və onları İrana casusluqda təqsirləndirmək, Bakı dövlətinin İranın nüvə alimlərinə qarşı  terror əməliyyatları öyrətməsində rolunun aşkar olmasından və sionistlərlə iri həcmdə hərbi müqavilələrinin mediaya çıxmasından sonra yarandı.

Qeyd edək ki, bu ittihamdan qabaq Bakı dövləti bir sıra başqa dindarlara qarşı buna oxşar ittihamlar irəli sürmüşdü, lakin heç bir sənəd-sübut olmadığı üçün azəri mediası və ekspertlərinin qınağına səbəb olmuşdu.

  • Yazılıb
  • da (də) 2012 Mar 15