Tarix : 2012 Mar 15
Kod 29256

Dünyanın ən casus xalqı!!!

Dinsiz sovet dönəmidə “casus tutulub” xəbəri ən şok xəbərlərdən idi
/Aran agentliyi

Dinsiz sovet dönəmində “casus tutulub” xəbəri ən şok xəbərlərdən idi. Azərbaycan hökuməti bu xəbəri hava proqnozu kimi gündəliyə çevirdi və Xalq “casus çıxdı”. İndi rejimə çəp baxan dövlət xaini çıxır, hamı da bilir ki, bu adi bazar yalanıdır. Rəsul Quliyev ABŞ-da, Ayaz Mütəllibov Rusiyada və daha onlarla tanınmış şəxs xaricdə azad fəaliyyətdə ikən həm də beynəlxalq axtarışdadır. Artıq belə bir fikir yaranıb ki, Azərbaycanda haqqı deyən adam azadlıqda qala bilməz.

Son xəbər lap ağlamalı oldu. Bakı kəndləri casus çıxdı. Din-imanı ilə Azərbaycanın fəxri olan kənd dindarları topa tutuldu. Hamı da gözəl bilir ki, bu “casuslar” nazirlərdən, ən yüksək postda dayananlardan min qat təmiz insanlardır. Xəbərə bax: Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü Trend-ə bildiriblər ki, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulub.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu" - "SEPAH"ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, "SEPAH"ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplamış və vermiş, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "SEPAH"ın əməkdaşlarının əlaqəsinə təqdim etmişlər…

Buna deyirlər şah yalan!

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Mar 15