Tarix : 2012 Mar 15
Kod 29258

MTN-in yeni ssenarisi də ''lax'' çıxdı

Nardaran Ağsaqqallar Şurasının sədri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamların saxta olduğunu vurğulayıb
/Aran agentliyi

Nardaran Ağsaqqallar Şurasının sədri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamların saxta olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "vətənə xəyanət" ittihamı ilə saxlanılmış 22 nəfərdən biri olan Niyazi Kərimovun qardaşı və Nardaran Ağsaqqallar Şurasının sədri olan Məşhədi Natiq Kərimov bu ittihamın saxta olduğunu bildirib.

Məşhədi Natiq Kərimov cümə axşamı günü Beynəlxalq Səhər Kanalı ilə müsahibədə deyib: Qardaşım Niyazi Kərimovu fevralın 17-də Maştağa Ruhi Dispanserində müalicə olunduğu bir şəraitdə həbs edərək, zindana salıblar. Və hadisə ilə bağlı heç bir tutarlı açıqlama da vermirdilər. İlk dəfə olaraq çərşənbə günü birdən-birə televiziyada bir neçə nəfəri ekrana çıxardaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ilə əlaqəyə malik olmaq və "vətənə xəyanət etmək"də ittiham edildiklərini iddia etdilər.

Məşhədi Natiq Kərimov əlavə olaraq dedi: Niyazi Kərimov həbsdə olduğu zamanlardan qalma problemlər habelə, Qarabağ müharibəsi illərində aldığı ruhi və fiziki yaralar xüsusilə də Xankəndi ətrafında gedən döyüşlərdə bir ay yarım müddətinə itkin düşməsi nəticəsində aldığı yaralar və xəstəliklərlə bağlı həm ruhi həm də fiziki baxımdan bir çox problemlərdən əziyyət çəkirdi. Niyazi Kərimov davakar adam olmasına və müxtəlif insanlarla konflikt yaşamasına baxmayaraq, 1997-ci ildə həbsdən azad olunduqdan sonra tövbə etmiş və tövbəsinə də sadiq qalaraq dindar bir insana çevrilmişdi. Namaz qılar, oruc tutardı. Dəfələrlə ziyarət məqsədilə müqəddəs Məşhəd şəhərində olub. Və hər dəfə İrana səfəri zamanı müalicə mərkəzlərinə də müraciət edib. İndi onun və başqalarının İrana davamlı olaraq səfər etməkdə ittiham edilmələri tamamilə yanlış bir işdir. Azərbaycan Respublikasının bir çox vətəndaşı hər il dəfələrlə İrana səfər edir. İnsanlar ziyarətə gedirlər. Müalicə almaq üçün İran xəstəxanalarına müraciət edirlər. Bir çoxları da ticarət məqsədi ilə il ərzində bir neçə dəfə İrana səfər edir.

Məşhədi Natiq Kərimov həmçinin deyib: Təqsirləndirilən şəxslərdən biri də mənim xalam oğlu Məhəmməd Tağı Zəkiyevdir ki, ürək çatışmazlığı diaqnozu ilə İranda müalicə olunurdu.

Nardaran Ağsaqqalları Şurasının sədri Beynəlxalq Səhər Kanalına verdiyi müsahibənin davamında deyib: Təqsirləndirilən 22 şəxsin 10 Nardaran sakinidir. Onların hamısı namaz qılan, oruc tutan insanlardırlar. Onlar həqiqi tövbə əhlidirlər. Mən belə təsəvvür edirəm ki, onlar haqsız yerə həbs ediliblər və bunun özü onların tövbəsinin Allah yanında qəbul olunmasının nişanəsidir. İndi isə onlar sınaq qarşısındadırlar.

Məşhədi Natiq Kərimov əlavə edib: Həbs edilənlərdən biri də Həmidağa adlı Nardaran sakinidir ki, onu da yaxından tanıyıram. Niyazi Kərimov kimi Qarabağ müharibəsində təsirli iştiraka malik olub. Bütün bu insanlar Allah yolunda canlarından keçməyə hazır olan insanlardırlar. Qarabağın azadlığı yolunda ölümə hazır olan insanlardırlar. İndi onları "vətənə xəyanət"də ittiham etmək aşkar ədalətsizlikdir. Bu saxta bir ittihamdır. MTN və polis əməkdaşları tərəfindən silah aşkar edilməsi ölkəmizdə insanları ittiham etmək üçün bir növ adətə çevrilib. İran ilə əməkdaşlıq və "vətənə xəyanət" ittihamı ilə 22 nəfərin həbs edilməsi ilə bağlı son ssenarinin, Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin Tehranda bir növ vəziyyətin yumşaldığını göstərmək məqsədi daşıyan sözlərinin ardınca gündəmə gətirilməsi bizi son dərəcə təəccübləndirdi.

  • Yazılıb
  • da (də) 2012 Mar 15