Tarix : 2012 Mar 15
Kod 29260

Tehran-Moskva iqtisadi əlaqələrinin genişləndirilməsinə təkid edilib

Rusiyanın ticarət və sənaye palatasının sədr müavini Georgi Petrov deyib: İran və Rusiya çox geniş əlaqələrə malikdirlər və mövcud zəminlərdən ...
/Aran agentliyi

 

Rusiyanın ticarət və sənaye palatasının sədr müavini Georgi Petrov deyib: İran və Rusiya çox geniş əlaqələrə malikdirlər və mövcud zəminlərdən iki ölkə arasındakı əməkdaşlıqların genişləndirilməsi istiqamətində istifadə etmək lazımdır.

İRNA-nin verdiyi məlumata əsasən, İranla Rusiya arasındakı Ticarət şurasının iclasında bu məsələyə toxunan Petrov ticarət sahəsində Moskva ilə Tehran arasındakı əlaqələr və əməkdaşlıqların əhəmiyyəti haqda danışıb.

Petrov sonra deyib: İran və Rusiya iki qonşu ölkədirlər ki, Xəzər dənizinin sahillərində yerləşiblər və neft çıxarılmasında müştərək mənafeyə malikdirlər.

Nəqliyyat sahəsini İranla Rusiya arasındakı əlaqələrin başqa mühüm sahəsi adlandıran Rusiyanın ticarət və sənaye palatasının sədr müavini sonra deyib: İki ölkə beynəlxalq şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində də geniş və əsaslı əməkdaşlıqlara malik ola bilərlər.

  • Yazılıb
  • da (də) 2012 Mar 15