Azərbaycanda hicabla dərsə gedə bilməyən qız uşaqları indi İsveçdə və Praqada həmin hicabla dövlət orta və ali məktəblərində təhsil alır
/Aran agentliyi
Azərbaycanda hicabla dərsə gedə bilməyən qız uşaqları indi İsveçdə və Praqada həmin hicabla dövlət orta və ali məktəblərində təhsil alır.
Ötən yazımda Azərbaycanla Avropa Birliyi arasında mövzudan bəhsə edərəkən həm də Brüsseldə keçirilən toplantıda qəbul olunan qərarı da xatırltdım. Cənubi qafqazda Ermənistan və Gürcüstandan daha çox Azərbaycanı tranzit kimi istifadə edib Avropaya mühacirət edən əcnəbilərin məsələsi AB-ni narahat edən yeganə problem deyil.
Tövsiyyələrdə Azərbaycanın korrupsiyaya qarşı ciddi mübarizənin aparılması, iqtisadiyyatda ədalətli rəqabətin bərqərar olması inkişaf üçün vacib rol oynadığı vurğulanaraq, köklü islahatların aparılmasının qaçılmazlığı bildirilir. Türkmənistan Azərbaycan və AB arasında Transxəzər boru kəməri ilə bağlı əlaqələrin qurulmasını müsbət addım kimi qiymətləndirir.
Transxəzər boru kəməri Cənub Dəhlizi layihəsinə daxil olan qaz kəməridir. Cənub Dəhlizinin reallaşdırılıması AB-nin Rusiyanın enerji inhisarçılığından qurtarması üçün atılan addım yox kövrək addım ola bilər. Çünki bu layihə ilə AB Rusiyadn aldığı qazın kiçik bir hissəsini əvəzləyə bilər, o da bu halda ki, Rusiya projenin gerçəkləşməsinə mane olmasın. Son iki ildə AB-nin qazla təmin olunması məsələsi göstərdi ki, Rusiya AB-nə qaz ixrac edən ölkə kimi öz inhisarçılığını nəinkiəldən vermək istəyir, əksinə bunu daha da genişləndirir.
Cənub dəhlizi layihəsində AB-nə ABŞ dəstək verir. AB enerji təhlkəsizliyi məsələsində Azərbaycanla bağlı problemin olmadığını bildirir. Amma demokratik islahatlar və insan haqları məsələsində vəziyyəti tam qənaətbəxş hesab etmir. Yerli hüquqmüdafiəçilərinin fikrincə neft və qaz amilindən Əliyev rejimi öz hakimiyyətinin möhkəmləndirməsi və uzunömürlü olması üçün istifadə edir, neft milyardlarının Ölkəyə axmasına baxmayaraq əhalinin əksər hissəsinin səfalət içində yaşaması günü gündən daha da kəskinləşir.
İnsan hüquqlarının pozulması isə hər gün və addımbaşı qarşılaşan vəziyyətə çevrilib. Ötən il Avropa Parlamentində bir neçə müzakirə keçirilib və qətnamələr qəbul edilib. Bu qətnamələr nəticəsində bloqerlər Emin Milli və Adnan Hacızadə, Eynulla Fətullayev və Cabbar Savalanlı həbsdən buraxıldı. Amma eyni qətnamənin Bəxtiyar Hacıyev barəsində olmasına baxmayaraq Apellyasiya Məhkəməsi, daha doğrusu hakimiyyət bu tələbi rədd etdi və keçmiş qərar qüvvədə qaldı.
Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən Avstriyadan olan deputat Ulrike Lunaçek çıxış edərək deyib : “Nə üçün biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq, Azərbaycan isə tövsiyyə edirik ki, Ermənistanla danışıqlarda daha yaxşı cəhd etsin ? Nə üçün Gürcüstanın ərazisinin işğal olunmasını qəbul edirik, eyni halda olan Azərbaycan ərazilərinin işğalını qəbul etmirik?”.
Bu çıxışlə yanaşı Lunaçek onu da qeyd edib ki, münaqişənin həllində Azərbaycan tərəfi insan haqları məsələsinə məhəl qoymasa dünya birliyi tərəfindən dəstək qazanması reallaşmayacaq. Münqişənin həllində dünyanın dəstəyini qazanmaq üçün Azərbaycan gərək insan haqları sahəsində mövcud problemləri aradan qaldırsın. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti daxili siyasətdə vətəndaşların hüquqlarının pozulmasına göz yumursa, da doğrusu hakimiyyət öz vətəndaşlarının hüquqlarını zorlayırsa, hansı əsasla AB-ni və digər dünya birliklərini inandıra bilər ki, münaqişənin Azərbaycanın bütövlüyü çərçivəsində həllindən sonra insan hüquqlarının zorlanması davam etməyəcək.
AB tövsiyyələrində qeyd edir ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qədər Azərbaycanda demokratik islahatların aparılmasını izləyəcək və öz qiymətini verəcək. İndiyə qədər izlədikləri prosesdə verdikləri qiymət isə müəllimin varlı, güclü, arxalı amma çox savadsız şagirdə verdiyi əla qiymətlərə bənzəyir.
2004-cü ildə Azərbaycanı Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı olub. O zamandan bəri Avropa İttifaqının sazişlə bağlı Azrbaycanın üzərinə götürdüyü öhdəliklərin monitorinqi keçirilib. Bütün hesabatlarda bəyan edilib ki, Azərbaycan enerji sahəsində əməkdaşlıqda partnoyrluq öhdəliklərini qənaətbəxş yerinə yetirir, amma demokratik islahatlar və hüquq və azadlıqlar sahəsində tənqidə məruz qalıb. Yəni quru tənqid.
Bu tənqidi elə yerli siyasətçilər, ictimai fəallar və ekspertlər də edirsə və nəticə olmursa deməli Aİ işini tənqidlə məhdudlaşdırmamalıdır. Bax burda Əliyev hakimiyyətinin funksionerlərinin, bir çox hallarda özünü politoloq adlandıran bəzi ekspertlərin əcaib bir arqumenti səslənir ki, bəs Azərbaycan müsəlman ölkəsi olduğundan bizi AB-nə qəbul etməyəcəklər. Guya AB dünyəvi deyil bir xristian klubudur. Görün nə qədər əsassız bir arqumentdir.
AB nə rəsmi nə də qeyri rəsmi heç vaxt bəyan etməyib ki, onlar xristian klubudur, əksinə xristian dəyərlərinin ən çox məhv olduğu məkan məhz Avropadır. Orda aşırı dünyəviliyə üstünlük verilir. Ona görə müsəlman olduğumuz üçün arzularımızı reallaşdıra bilməyəcəyik deyən azərbaycanlıların baxışı qorxuludur. Nə yəni ? İslmdanmı imtina etməliyik ? Bəlkə bunu arqument kimi gətirməklə bu adamlar demək istəyir ki, gəlin İslamdan imtina edək sonra Avropa qapılarını açacaq?
Bu adamların xəbəri varmı ki, Azərbaycandan fərqli olaraq Avropa ölkələrində müsəlmanlar dini mənsubiyyətinə görə təqiblərə məruz qalmır ? Nə təqibi. Londonda sələfi müsəlmanlar artıq öz xəlifəliyini təsis etmək barədə belə mətbuatda çıxış edir.
Azərbaycanda hicabla dərsə gedə bilməyən qız uşaqları indi İsveçdə və Praqada həmin hicabla dövlət orta və ali məktəblərində təhsil alır. Norveçdə hicablı müsəlman xanımı polis əməkdaşı kimi potrul xidməti aparır. Siz Avropada müsəlmanların mövqeyindən xəbərdarsınızmı ? Almaniyada məşhur bir idmançı var - Pierre Vogel (Əbu Həmzə). Bu adam milliyətçə almandır, islam qəbul edib, Məkkədə oxuduqdan sonra Almaniyaya qayıdıb ariyalıları müsəlman etməklə məşğuldur. Özüdə necə ? Kütləvi və açıq şəkildə (www.youtube.com/watch).
Siz təsəvür edirsinizmi gözəl alman fraularına İslamı təbliğ etdirib hicab geyindirən bu adama jurnalist sual verir ki, “Siz müsəlman ekstremistisiniz ?” cavabında keçmiş boksçu “hə mən müsəlman ekstremistiyəm sonra .. “ deyir. İndi özünüz fikirləşin AB bizdən daha artıq dərəcədə müsəlmandırsa bizim olmayan müsəlmançılığımız onları necə qıcıqlandıra bilər ?. Deməli AB ilə inteqrasiya prosesində problem dinimizdə deyil, demokratik islahatların aparılmamasındadır.
Islamtimes