Həbsdə olan Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov haqqında yeni məlumat əldə olunub
/Aran agentliyi
Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, Hacı Mehdi Məmmədov saxlanıldıqdan sonra 48 saat ərzində təzyiqlərə məruz qalıb. Vəkil deyib: "Onun yerinin bilinməməsi və mənimlə görüşdürülməməsinin səbəbidə bu olub. Belə ki, həbs olunandan sonra 48 saat təşkilat sədri haqqında heç bir məlumat əldə edə bilməmişdik. Hacı Mehdi Məmmədova əvvəlcə narkotik ittihamını qəbul etmək təklif edilib. Lakin Mehdi bəy törətmədiyi bir cinayəti öz üzərinə götürməkdən imtina edib. Bundan sonra isə Hacı Mehdiyə qarşı təzyiqlər başlayıb. Mehdi Məmmədov deyir ki, hətta iş o yerə çatıb ki, ona işgəncə tətbiq edilib. Əlləri bağlanaraq bədəninin müxtəlif nahiyələrindən zərbələr endirilib. İşgəncələrdən biri də bu olub ki, ittihamı boynuna götürməsi üçün 48 saat ərzində yemək və su verilməyib. İşğəncə faktı ilə bağlı səlahiyyətli qurumlara, o cümlədən Ekspertiza idarəsinə müraciət edəcəyik".
Qeyd edək ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov fevral ayının 18- polis bölməsinə çağırılmış, bölmədən çıxarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulmuşdur. Binəqədi Rayon Məhkəməsi, istintaq müddətinə Mehdi Məmmədova 2 aylıq azadlıqdan məhrum etmə hökmü çıxarmışdır.
Islamazeri