Tarix : 2012 Mar 16
Kod 29269

Həbsxanadan yenə ölüm xəbəri var

Xətai rayonu ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib
/Aran agentliyi

Martın 15-də Penitensiar Xidmətin Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunmuş Ağstafa rayon sakini, 1954-cü il təvəllüdlü Əliyev Həsən Abdin oğlu qəfildən dünyasını dəyişib.

58 yaşlı kişinin meyiti ekspertizadan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu ərazisindəki qadınların cəzaçəkmə müəssisəsində də ölüm hadisəsi baş vermişdi.

Azadxeber

 

  • Yazılıb
  • da (də) 2012 Mar 16