/Aran agentliyi
Martın 15-də prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mübariz Ağayev Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mübariz Ağayev 1953-cü ildə Ucarda anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. Uzun illər ticarət və sənaye sahələrində çalışıb.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 14 dekabr 2007-ci ildən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı idi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var.
Quba icra hakimiyyətinin bundan əvvəlki başçısı Rauf Həbibov vəzifəsindən martın 2-də çıxarılıb. Buna martın 1-də Qubada Rauf Həbibovun istefası tələbi ilə keçirilən etiraz aksiyası səbəb olub. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.
Azadxeber