Tarix : 2012 Mar 16
Kod 29273

MTN yenə İrana qarşı ssenarinin hazırlanmasında naşılığa yol Verdi

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi İrana qarşı iddiaları ilə bağlı Az.TV kanalı tərəfindən yayılan videoyazıda bir daha naşılığa yol verib
/Aran agentliyi

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi İrana qarşı iddiaları ilə bağlı Az.TV kanalı tərəfindən yayılan videoyazıda bir daha naşılığa yol verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etməkdə ittiham edilən şəxslərin evləri və ya iş yerlərindən silah və hərbi sursatın aşkar edilməsi ilə bağlı Az.TV kanalında yayımlanan videoyazıda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir falçı kimi və ya sehrbaz kimi istədikləri məkandan silah "tapırlar". Belə ki, sözdə sənədli film sayılan bu videoyazıda MTN əməkdaşları məkana daxil olan kimi şübhəli hesab etdikləri məkanları qazaraq, elə həmin məkandan istədikləri silahı aşkar edirlər.

Az.R-sı MTN-i tərəfindən hazırlanmış bu komik filmin başqa bir hissəsində MTN əməkdaşı bir mağazada minlərlə bloklar və dəmir parçaları arasından öz əli ilə qoyubmuş kimi, ona lazım olan silahı "aşkar" edir.

Amator bir məktəbli tərəfindən çəkilmiş bir videoyazıya oxşar bu əməliyyat çəkilişi adlandırılan ağ-qara filmin davamında Bakının meydanlarından birində bir-birinin kənarında stul üstündə əyləşmiş bir neçə nəfərin təsviri çəkilib ki, bu təsvirləri də ağ-qara etməklə səhnənin real olduğu haqda yanlış təsəvvür yaratmağa səy göstərilib.

Maraqlıdır ki, əməliyyat çəkilişi adlandırılan bu videoyazıda da  tam aydın formada məlum olur ki, onlara elə oturmaları tapşırılıb ki, üzləri görünməsin.

Müşahidəçilərin fikrincə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi özünə məxsus qərəzlə bu filmi hazırlayıb və Az.TV telekanalı tərəfindən yayımlayıb. Amma, tamamilə naşı bir hərəkət olan bu davranış tamaşaçını təhqir etməkdən başqa bir şey deyil və MTN habelə, Azərbaycan Respublikası telekanalları üçün biabırçılıq və rüsvayçılıqdan başqa bir nəticəsi yoxdur.

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 16