Tarix : 2012 Mar 17
Kod 29275

Təbrizin imam cüməsi: Azərbaycan Respublikasının başçıları gərək bölgədəki fironların süqutundan ...

Təbrizin imam cüməsi Azərbaycan Respublikası dövlətinin cümə namazının şənbə günü qılınması göstərişinə işarə edərək dedi: ''Azərbaycan Respublikası dövlətinin hərəkətləri nigəranedicidir
/Aran agentliyi

Təbrizin imam cüməsi Azərbaycan Respublikası dövlətinin cümə namazının şənbə günü qılınması göstərişinə işarə edərək dedi: "Azərbaycan Respublikası dövlətinin hərəkətləri nigəranedicidir".

AranNews - Ayətullah Möhsin Müctəhid Şəbüstəri Təbrizin "İmam Xömeyni" müsəllasında qılınan cümə namazının xütbələrində İran xalqının bütün inqilabi ərsələrdə qəhrəmanlıqlarına işarə edərək açıqladı: "12 isfənd və İran xalqının qəhrəmanlığı supergüclərin təkəbbürünə və lovğalığına son qoydu, onları acınacaqlı şəkildə geri çəkilməyə məcbur etdi".

Müctəhid Şəbüstəri dedi: "Son vaxtlar eşidilir ki, Azərbaycan Respublikası dövləti İslamla düşmənçiliyin yeni dövründə hicabı qadağan etməklə və anti-din hərəkətləri ilə yanaşı cümə namazını qəbuledilməz şərait və makanda, özü də şənbə günü qılınmasını deyib. Bu da Muaviyənin və tarixin sitəmkarlarının üslubudur".

O artırdı: "Azərbaycanın başçıları bilsinlər ki, onların zalimanə hərəkətləri islamçı xalqların, xüsusilə də bu ölkə camaatının tufanlı dalğasına dözə bilməyəcək. Azərbaycanın başçıları Qəzaffi, Hüsnü Mübarək, tarixin dikbaşları və bölgənin fironlarının süqutundan ibrət götürsünlər".

Şərqi Azərbaycan əhalisinin Rəhbərin Xubriqan Məclisində nümayəndəsi xütbəsinin davamında dedi: "Bütün anti-İslam və qeyri-insani hərəkətlərin kənarında ən çox təəssüf doğuran budur ki, bu ölkə ABŞ və sionist rejimin bazalarının öz ölkəsində hüzuruna icazə veribdir. Bu hərəkət qəbuledilməzdir. Bu ölkənin sərkərdələrinə bildirməliyik ki, belə hərəkətlərin davamı yoxdur. Əgər tarixin zülmkarlarının aqibətini unutmusunuzsa, heç olmasa region diktatorlarının süqutunu yada salın və ibrət alın".

Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi həmçinin, islami oyanışın dalğalarının bölgədə və bütün dünyada hər gün genişlənməsinə işarə edərək dedi: "İslami oyanışın dalğaları Ərəbistana da çatdı. Belə ki, mübarizlər səhərki günü "Milli Qiyam Günü" adlandırıblar ki, bununla da özlərini "iki hərəmin xadimi" adlandıran Ali-Səudun zülmü əleyhinə qalxsınlar və bu ölkədə zülmün kökünü qazsınlar".

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 17