Azərbaycan Respublikası korrupsiyaya görə dünyada birinci yerdə durur və ölkənin gəliri ədalətlə bölünmək əvəzinə onun böyük hissəsi başçıların saraylarına axır
/Aran agentliyi
Azərbaycan Respublikası korrupsiyaya görə dünyada birinci yerdə durur və ölkənin gəliri ədalətlə bölünmək əvəzinə onun böyük hissəsi başçıların saraylarına axır.
AranNews - Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi dedi: "Azərbaycan əhalisi ölkədə bahalıq olduğundan ehtiyacları olduğu vəsaiti almaq üçün bizim Astara və Biləsuvar şəhərlərinə gəlirlər. Bizim vəzifəmiz onlara Ali-Mühəmməd yetimləri gözü ilə baxmaq və layiqli şəkildə onları qarşılamaqdır".
Amili artırdı: "Şiələr qardaş, qəmxar və həmdil kimi gərək belə günlərdə bir-birlərinin fəryadlarına yetişsinlər. Çünki qoca kişi və qadın da İranda öz ehtiyacları olduğu vəsaiti almaq üçün sıraya dayanırlar. Onların hörmətini saxlamaq bizə vacib və zəruridir".
O artırdı: "Onlar etiraf edirlər ki, elə bir ölkədə yaşayırlar ki, ölkənin iri həcmdə sərvətinin olmasına baxmayaraq, mafiyalar Azərbaycan Respublikasını acınacaqlı vəziyyətə salıblar. Ona görə də ölkədə varlı və aşağı siniflər arasında böyük və dərin uçurum yaranıb.
Amili davam etdi: "Belə vəziyyəti Naxçıvan-Culfa sərhəddində də müşahidə edirik. Azərbaycan Respublikasının başçılarının ləyaqətsizliyi üzündən bu gün ölkə xalqı sərgərdan qalıb və halal ruzi ardınca o qapını, bu qapını döyürlər".
O artırdı: "Azərbaycan Respublikası korrupsiyaya görə dünyada birinci yerdə durur və ölkənin gəlirini ədalətlə bölmək əvəzinə onun böyük hissəsi başçıların saraylarına axır".
Ərdəbilin imam cüməsi xütbələrinin sonunda vurğuladı: "Belə bir vəziyyət qəbuledilməzdir və mütləq xalqın narazılığına və üsyanına səbəb olacaq".