/Aran agentliyi
Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.
APA-nın “Reqnum”a istinadən verdiyi məlumata görə, Ermənistan Respublika Partiyasının deputatı Artak Zakaryan bildirib ki, erməni deputatlar “Avronest” Parlament Assambleyasının (PA) aprelin 1-4-də Bakıda keçiriləcək 2-ci plenar iclasında iştirak edəcəklər.
A. Zakaryanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verib.
Qeyd edək ki, “Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin – Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan təmsilçilərini birləşdirir
Apa