Tarix : 2012 Mar 21
Kod 29307

ABŞ: İlham Əliyev mafiya başçısına oxşar bir diktatordur

Global Research ifşa edib ki, ABŞ səfirliyinin xüsusi nümayəndəsi 2009-cu ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevi bir mafiya başçısına oxşadıbmış
/Aran agentliyi

Global Research ifşa edib ki, ABŞ səfirliyinin xüsusi nümayəndəsi 2009-cu ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevi bir mafiya başçısına oxşadıbmış.

Global Research-in yaydığı məlumata görə, ABŞ səfirliyinin xüsusi nümayəndəsi 2009-cu ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyevi bir mafiya başçısına oxşadıb.

Bu müqayisədə bildirilir ki, İlham Əliyev və Azərbaycan Respublikasının siyasi liderləri İsrailin mühafizəsi altındadırlar. Amma, bu mühafizə ucuz başa gəlməyib. Azərbaycan Respublikasının bu xidmət müqabilində görməli olduğu işlərdən biri İsrail və Amerikada terror əməliyyatları həyata keçirmələri üçün İranda təlim keçdikləri iddia olunan 22 nəfərin həbs edilməsi idi.

Hesabatda "Kapukermini" adlandırılan bu cür mühafizə diqqəti özünə cəlb edir. 2003-cü ildə seçkilərdə saxtakarlıq yolu ilə qələbə çalan korrupsiyaçı diktator İlham Əliyev 2006-cı ildə çalışdı ki, Vaşinqtonda özü üçün mühafizə dairəsi yaratsın. O, həmçinin sionist lobbisinin lütfü sayəsində Vaşinqtonda ABŞ prezidenti Corc Buş ilə də görüşdü. Vaşinqtonda sionist lobbisinin əli ilə Azərbaycan Respublikasının mənafeyinə yardımın edilməsi sübut etmiş oldu ki, Vaşinqtonun yolu Yerusəlimdən keçir.

İsrailin neftə olan tələbatının böyük bir hissəsinin Azərbaycan nefti hesabına təmin edilməsini nəzərə alaraq, İsrail neft mənbələrinə nəzarətini daha da artırmaq istəyir. Buna görə də, bütün Asiya şirkətlərinin iqtisadi baxımdan daha sərfəli olan İran marşrutundan istifadə etmək istəsələr də, İsrail var gücü ilə Bakı-Tiflis-Ceyhan marşrutunu İran marşrutunun yerinə qəbul etdirməyə çalışdı. Bu marşrutun böyük bir hissəsi Gürcüstan və Türkiyənin dağlıq ərazilərindən keçir. Bu, İsrail üçün həmçinin belə bir mesaja malik idi ki, İsrail ilə ittifaq müsbət cavaba malikdir.

BP şirkətinin keçmiş icraçı müdiri Lord Braun belə inanırdı ki, bütün bu layihə İsrailin mənafeyi çərçivəsində hazırlanıb.

Bu layihənin icrasına böyük rola malik olan Brenda Şaver də belə demişdi: Asiyada tələb inkişaf etməkdədir. Əgər İsrail ağıllı olsa, bu məsələdən yalnız iqtisadi baxımdan yox, siyasi baxımdan da istifadə edə bilər. Belə ki, öz regional sabitliyi və təhlükəsizliyini qarant edə bilər.

Şafer həmçinin, belə inanırdı ki, Xəzər nefti Ərəbistan və OPEK-i qəzəbləndirmiş olacaq. Çünki, bu məntəqədə yerləşən ölkələr öz siyasətlərini OPEK ilə razılaşdırmırlar.

Bu proqram 11 sentyabr hadisələrindən sonra yaranmış özəl şərait nəticəsində icraya qoyuldu.

Azərbaycan Respublikasının siyasətləri ilə bağlı bir mütəxəssis deyib: "11 sentyabrdan sonra ABŞ-ın Mərkəzi Asiya, Azərbaycan və Gürcüstandakı iştirakı hər şeyi dəyişdi. Amerikanın sayəsi altında olmaq, yəni, artıq İran və Rusiya müdaxiləyə malik olmayacaq. Amma, bundan daha şücaətli ola bilərik.".

Buna baxmayaraq, bu şücaət məntiqdən uzaqdır. Və Azərbaycan xalqının mənafeyini də təmin etmir.

  • Yazılıb
  • da (də) 2012 Mar 21