Sionist rejim dairələri etiraf ediblər ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İrana qarşı son ssenarisində İsrail rejiminin Mossad casusluq təşkilatı birbaşa rola malik olub
/Aran agentliyi
Sionist rejim dairələri etiraf ediblər ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İrana qarşı son ssenarisində İsrail rejiminin Mossad casusluq təşkilatı birbaşa rola malik olub.
Bakıda çıxan Yeni Müsavat qəzetinin yazdığına görə, sionist rejimin "Ynet" xəbər agentliyi bu xəbər agentliyi və Bakı rəsmilərinin Azərbaycan Respublikasında İranın casusluq şəbəkəsi adlandırdıqları dəstənin ifşa edilməsində rola malik olduğunu bildirib və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Qərb və İsrailin xüsusi xidmət orqanları tərəfindən daxil olan informasiyaların ardınca həyata keçirdiyi əməliyyat nəticəsində bu "şəbəkəni" aşkar etməyə nail olub.
"Ynet" xəbər agentliyi xüsusi xidmət orqanlarına istinadla iddia edib ki, Qərb və İsrail rejiminin təhlükəsizlik orqanlarının bu "şəbəkənin" izinə düşmələrinin ardınca onunla bağlı məlumatlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin ixtiyarına verilib. Bunun ardınca yanvar ayında Bakıda bir yəhudi müəllimi öldürməyə cəhd göstərməkdə ittiham edilən 2 nəfər həbs edildi. Beləliklə də bu iki nəfər son zamanlar aşkar edilən "şəbəkə" ilə bağlı məlumatları MTN-in ixtiyarına veriblər.
Azərbaycan Respublikası dindarlarından 22 nəfərinin İrana casusluq ittihamı ilə həbs edilməsi iddiası ilə bağlı sionist Haaretz qəzeti də sionist rejimin Milli Təhlükəsizlik Şurasına istinadla məlumat yayıb. Bu məlumat da, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İrana qarşı son ssenarisində İsrailin rolunu ifşa edir. Bu ssenari İsrail rejiminin İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-a zərbə vurmaq üzrə keçmiş planı çərçivəsində hazırlanıb. Belə ki, bu hesabatda Haaretz qəzeti vurğulayıb: "Bakıda həyata keçirilən son əməliyyat Sepah-ın dünya ölkələrində yəhudilərə qarşı terror aktları törətməyə cəhd göstərməsindən xəbər verir."
Haaretz qəzeti öz gülünc iddiasının davamında Nardaran Ağsaqqallar Şurasının sədri Məşhədi Natiq Kərimovun qardaşı Niyazi Kərimovun 1999-cu ildə Sepah tərəfindən bu plana daxil edildiyini vurğulayıb.
Sionist dairələr həmçinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin guya Bakıda İrana bağlı 22 nəfərlik casusluq və təxribatçılıq şəbəkəsinin aşkar edilməsi ilə bağlı bəyanatını Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin Tehrana olan səfərindən və bu səfər zamanı iki ölkə əlaqələrinin normal və adi səviyyədə olmasını vurğulamasından habelə, İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli Naxçıvan görüşündən az bir müddət sonra açıqlamasından razılıq ediblər. Bu bəyanata görə, aşkar edilmiş dəstə guya Bakıda Qərb ölkələri xüsusilə də Amerika və İsrailin səfirlikləri habelə, İngiltərənin BP neft şirkəti, Sxonot Agentliyi və Mac Donald restoranlarına qarşı təxribatçılıq planlarına malik imiş.