Tarix : 2012 Mar 23
Kod 29313

Hacı Abgülün istintaq müddəti bitir amma...

Həbsdə olan tanınmış ruhani Abgül Süleymanovdan yeni xəbər var
/Aran agentliyi

 

Həbsdə olan tanınmış ruhani Abgül Süleymanovdan yeni xəbər var

Ruhaninin vəkili Anar Qasımlının  verdiyi açıqlamaya görə, aprel ayının 11-də Hacı Abgül Süleymanovun istintaq müddəti bitir.

“Düşünürəm ki, istintaq müddəti yenidən artırılacaq. Çünki bu müddət ərzində istintaqın yekunlaşacağına inanmıram. Amma hər halda istintaq müddətinin bitməsindən sonra bununla bağlı vəsatət qaldırılacaq və məhkəməyə müraciət ediləcək.”

Vəkil Hacı Abgülün səhhətinin normal olduğunu, hər hansı bir problemin olmadığını lakin istintaqın yekunlaşmamasından narazı olduğunu bildirib.

Qeyd edək ki, 2011-ci ilin avqust ayında həbs olunan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib.

O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.

İslam-Azeri

  • Yazılıb
  • da (də) 2012 Mar 23