Tarix : 2012 Mar 23
Kod 29316

İsrail bir daha Azərbaycanın adını qara siyahıya saldı

Sionist İsrail rejimi işğal olunmuş Fələstində yaşayan sionistlərə Azərbaycan Respublikasına səfərlə bağlı xəbərdarlıq edib
/Aran agentliyi

 

Sionist İsrail rejimi işğal olunmuş Fələstində yaşayan sionistlərə Azərbaycan Respublikasına səfərlə bağlı xəbərdarlıq edib.

Sionist İsrail rejimi Azərbaycan Respublikasını qeyri-sabit ölkə kimi qələmə verməyə çalışaraq, işğal olunmuş Fələstində yaşayan sionistlərə qarşı terror təhlükəsinin olması bəhanəsi ilə onlardan Azərbaycana səfər etməməklərini istəyib.

Az.R-nın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə məsələyə belə münasibət bildirib: "Azərbaycan regionun ən təhlükəsiz və sabit ölkəsidir".

Son zamanlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanaraq, bu ölkənin televiziya kanalları tərəfindən ekran edilən bir videoyazıda yəhudi bir  müəllimi terror etmək niyyətində olan bir qrupun ifşa və üzvlərinin həbs edildiyi iddia olunurdu. Amma, görünür tam naşılıqla hazırlanmış bu ssenari Azərbaycanın imicinə zərbə vurmaqdan başqa bir işə yaramayıb
  • Yazılıb
  • da (də) 2012 Mar 23