Tarix : 2012 Mar 24
Kod 29319

ÇEÇENİSTAN VƏ AZƏRBAYCAN

''İsrail vətəndaşları üçün ən qorxulu yer Azərbaycan və Çeçenistandır
/Aran agentliyi

 

Azadxeber.az saytı İzrusa istinadən xəbər verir:

Qondarma sionist İsrail rejiminin terrorçuluqla mübarizə qərərgahı həyəcan siqnalı verib. Onlar Xaricdə yaşayan vətəndaşlarına ciddi xəbərdarlıq ediblər. 6 Aprel Pesax bayramı münasibəti ilə vətəndaşlara xəbərdarlıq edib. Onlar Xaricə səfər edən turist vətəndaşlarını diqqətli və məsuliyətli olmağa səsləyiblər. Bu məsələ isə ən çox Azərbaycan və Çeçenistana aid edilib. Terrorçuluqla mübarizə qərərgahı olan MALAL rəsmən Azərbaycanı və Çeçenistanı İsrail vətəndaşları üçün ciddi təhlükə hesab ediblər. Onların fikrincə İran və Hizbullah tərəfindən terror aktları məhz bu Dövlətlərdə aktiv özünü göstərə bilər. Bəyanatda digər Dövlətlərin adı vurğulansa da qətiyyətlə Azərbaycan və Çeçenistan ən ciddi təhlükə mənbəyi kimi göstərilib. İsrail diplomatları, səfirlik əməkdaşları və turistlərə ciddi xəbərdarlıq edilib.

P.S. Dünyada bir nömrəli terrorçu, qəsbkar və işğalçı rejim kimi tanınan qondarma sionist rejimi digərlərini terrorda ittiham edirsə, deməli bunu həqiqətən Qiyamətin əlamətlərindən biri kimi anlamaq olar.

  • Yazılıb
  • da (də) 2012 Mar 24