Hərbi əməliyyatlar başlayarsa, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında davam gətirə bilməyəcək
/Aran agentliyi
Hərbi əməliyyatlar başlayarsa, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında davam gətirə bilməyəcək
Bunu Daxili Qoşunların (DQ) komandanı, general-leytenant Zakir Həsənov bildirib.O söyləyib ki, DQ-ın şəxsi heyətinin döyüş hazırlığı yüksək səviyyədədir: “Mən özüm də müharibə iştirakçısıyam, Qarabağ müharibəsi zamanı alay komandiri idim və Sərhəd Qoşunlarında xidmət edirdim. Rusların ermənilərə dəstək verməsinə baxmayaraq, 1993-cü ildə Horadiz istiqamətində döyüşlər zamanı ermənilər hər şeyi atıb qaçırdılar”.
salamnews