Tarix : 2012 Mar 24
Kod 29331

Ağ Ev 11 ölkəni İran neftinə embarqodan azad edib

Yaponiya və Avropanın 10 ölkəsi İran neftinə embarqodan geri çəkilib. Beləliklə 11 ölkə daha 6 ay İrandan neft satın almağa məcburdur
/Aran agentliyi

Yaponiya və Avropanın 10 ölkəsi İran neftinə embarqodan geri çəkilib. Beləliklə 11 ölkə daha 6 ay İrandan neft satın almağa məcburdur.

Röyters İnformasiya Agentliyinin məlumatına əsasən, Çin, Hindistan, Türkiyə və Cənubi Koreyanın İrandan neftin satın alınmasını artırdıqları bir halda ABŞ Avropanın 10 ölkəsi və Yaponiyanı embarqolardan azad edib.

Belçika, İngiltərə, Çexiya Respublikası, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa və İspaniya bu 10 ölkədir.

Əlbəttə İran bundan öncə bildirib ki, İngiltərə və Fransaya neftin satışını dayandırıb.

Cənubi Koreya dünyanın 5-ci böyük neft istehlakçısıdır və 2011-ci ildə İrandan neft idxalını 20% artırıb.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristian Laqard da xəbərdarlıq edib ki, İran tərəfindən neftin təminatında problem yaranarsa, beynəlxalq xam neftin qiyməti 30%-ə qədər arta bilər

  • Yazılıb
  • da (də) 2012 Mar 24