Tarix : 2012 Mar 25
Kod 29335

İsveçrə yenidən Ermənistan və Türkiyə arasında vasitəçilik edir?

İsveçrənin Xarici İşlər Nazirliyi bir daha Ermənistan və Türkiyə arasında vasitəçiliyə hazır olduğunu bildirib
/Aran agentliyi

 

İsveçrənin Xarici İşlər Nazirliyi bir daha Ermənistan və Türkiyə arasında vasitəçiliyə hazır olduğunu bildirib.

İsveçrənin Xarici İşlər Nazirliyinin sözçüsü "ArmenPress" ilə müsahibədə deyib: Ötən illər ərzində Ermənistan və Türkiyə rəsmilərinin iki ölkə münasibətlərinin adiləşdirilməsi istiqamətindəki ciddi səylərinin davam etdirilməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır və ümidvarıq iki ölkə əlaqələrinin adiləşdirilməsi prosesi davam etsin.

İsveçrənin iqtisadiyyat naziri və İsveçrə Federasiyasının müşaviri Yohan Şmit Aman martın 22-də İstanbulda bildirmişdi ki, ölkəsi bir daha Ermənistan və Türkiyə arasında münasibətlərin adiləşdirilməsində vasitəçi rol oynamağa hazırdır.

  • Yazılıb
  • da (də) 2012 Mar 25