Tarix : 2012 Mar 26
Kod 29357

Vicdan məhbuslarının buraxılmasına hazırlıq gedir

Martın 21-də Penitensiar Xidmətdə vicdan məhbuslarının azadlığa buraxılması məsələsi ilə bağlı fövqəladə toplantı keçirilib
/Aran agentliyi

 

Martın 21-də Penitensiar Xidmətdə vicdan məhbuslarının azadlığa buraxılması məsələsi ilə bağlı fövqəladə toplantı keçirilib.

Bu barəıdə Gunxeber.com saytına vicdan məhbuslarından birinin ailəsindən məlumat daxil olub. Verilən məlumata görə toplantıda Prezident Administrasiyasının nümayəndələri də iştirak ediblər. Onlar bildiriblər ki, vicdan məhbuslarının sənədləri toplanıb, qaydasına salınsın. Çünki vicdan məhbuslarının azadlığa buraxılması məsələsi var. Bu toplantıdan sonra Penitensiar Xidmətin əməkdaşları dərhal cəzaçəkmə müəssisəsinə gedərək vicdan məhbusları ilə görüşüblər. Qurumun əməkdaşları vicdan məhbuslarına yaxın zamanda azadlığa buraxılacaqlarını deyiblər.

Daha sonra Penitensir Xidmətin nümayəndələri həbsxana rəislərindən vicdan məhbuslarının sənədlərinin toplanılmasını istəyiblər. Adətən sənədlərin qaydaya salınması məhbusların azadlığa buraxılması ərəfəsində olur. Hətta bəzi həbsxana rəisləri vicdan məhbuslarını ailələrinə də bu barədə məlumat verib və deyiblər ki, vicdan məhbuslarının azadlığa buraxılması istiqamətində hazırlıq gedir.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Mar 26